Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

Neftçilər metrosunun çıxışında yerləşən abidədə fransızca yazılan sözün mənası nədir?

Neftçilər metrosu, “Dakar meydanı”

“Dakar meydanı” Bakının Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində, “Neftçilər kruqu” kimi tanınan ərazidə yerləşir.
Baki-baku.az xəbər verir ki, meydanın mərkəzində qoyulan abidə iki şəhərin – Bakı ilə Seneqalın (Qərbi Afrika) paytaxtı olan Dakarın qardaşlaşmasının simvoludur. Bu dostluğun təməli 1967-ci ildə, Bakının nümayəndə heyəti Dakarda səfərdə olanda qoyulub. 14 iyun 1970-ci idə “Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Seneqal Respublikasının paytaxtı Dakar şəhərlərinin qardaşlaşması haqqında” saziş imzalanıb. Dakar Bakı ilə qardaşlaşmış ilk şəhər olub və həmin vaxtdan bu meydan onun adını daşıyır.
Meydanın mərkəzində türbəşəkilli abidə yerləşir. Burada sülh və dostluq rəmzi olan göyərçin və görüşən əllər təsvirləri əks olunub. Abidə mozaikalarla bəzədilib.
Meydanın şərq tərəfində, Neftçilər metrosunun çıxışında iki şəhərin gerblərini əks etdirən və fransızca “Cités Unies” (Azərbaycan dilində “Qardaşlaşmış şəhərlər”) sözləri yazılmış mozaikalı panno yerləşir. Pannonun müəllifi əməkdar incəsənət xadimi Arif Əzizovdur.
O vaxtdan həm Dakarda, həm də Bakıda şəhərlərin əlaqələrini möhkəmləndirmək üçün çoxsaylı tədbirlər keçirilib. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olub və Dakar meydanına baş çəkib. 1988-ci il sentyabrın əvvəlində Bakıda Dakar günləri keçirilib, sərgilər təşkil olunub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Yaşıllaşdırma Birliyindən açıqlama verilib.