Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/08/2026

Paylaşın

ƏDƏBİYYAT

Mir Cəlalın ev-muzeyində Varisin “Gecə reysinə bilet” kitabının təqdimatı keçirilib

"Gecə reysinə bilet"

İçərişəhərdə yerləşən Mir Cəlalın ev-muzeyində Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun təşkilatçılığı ilə yazıçı Varisin “Gecə reysinə bilet” kitabının təqdimat mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbiri Fondun icraçı direktoru Şəfəq Mehrəliyeva açaraq müasir dövrdə kitab və mütaliənin əhəmiyyəti, oxucu marağı qazanan janrlar, eləcə də təqdim olunan əsərin ideyası və məzmunu haqqında məlumat verib.

Daha sonra çıxış edən müəllif Varis romanın ərsəyə gəlmə tarixi, yazılma səbəbləri və ilk uğurları barədə danışıb.

Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, əməkdar jurnalist Nadejda İsmayılova, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimov və Mərmərə Universitetinin müəllimi, ədəbiyyatşünas Mehdi Gəncəli çıxış edərək əsərin əsas qəhrəmanı – XX əsrin görkəmli dövlət xadimi Musa Əliyevin həyatı və fəaliyyətindən, onun ədəbiyyatda yaradılan ilk bədii obrazının əhəmiyyətindən bəhs ediblər.

Bildirilib ki, “Gecə reysinə bilet” romanı ilk dəfə 2024-cü ilin dekabrında Moskvada “İSP” nəşriyyatında 5 min tirajla çap olunub. “Müasirlər və klassiklər” seriyasında nəşr edilən kitab qısa müddətdə oxucuların marağına səbəb olub və təkrar nəşrə gedib. Roman 2025-ci il Moskva Ədəbiyyat Mükafatı-biennalesinin qısa siyahısına daxil edilib.

Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontovun rəyçi olduğu əsər bu günlərdə Bakıda “Yazıçı” nəşriyyatında Azərbaycan dilində də nəşr edilib. Romanın ayrı-ayrı fəsilləri isə Moskvada “Rossiyskiy kolokol” və Bakıda “Literaturnıy Azerbaycan” jurnallarında dərc olunub.

Əsərdə həyatın çətinlikləri ilə üzləşən Nazim adlı gəncin taleyi fonunda görkəmli alim və dövlət xadimi Musa Əliyevin ömür yolu, onun Azərbaycanın neft sənayesinin inkişafı, geologiya elmi, İkinci Dünya müharibəsi illərində fəaliyyəti, həmçinin Əlcəzairdə neft yataqlarının kəşfində xidmətləri bədii formada təqdim olunur. Kitabda Musa Əliyevin yazıçı Mir Cəlal Paşayevlə dostluğundan da bəhs edilir.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev xalqına və dövlətinə xidmət etmiş görkəmli şəxsiyyətlərin irsinin yaşadılmasının və gənc nəslə tanıdılmasının vacibliyini vurğulayıb.

Mərasimdə Mir Cəlalın qızı, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva, Mir Cəlalın və Musa Əliyevin nəvələri Cəmilə Paşayeva, “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, “Qazax-Xeyriyyə” İctimai Birliyi sədrinin müavini Puşkin Əhmədov, yazarlar Aqşin Yenisey, Sənani Quliyev, İntiqam Yaşar və digərləri ediblər.

Təqdimat Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin musiqi proqramı ilə davam edib. Sonda müəllif oxucular üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ən son

ƏDƏBİYYAT

İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Düzünü desəm, sizin inanıb-inanmamağınız məni bir o qədər də narahat etmir.

ƏDƏBİYYAT

İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Düzünü desəm, sizin inanıb-inanmamağınız məni bir o qədər də narahat etmir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin