Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Makedoniyalı İskəndəri heyrətləndirən Bərdə hakimi – Əfsanəvi Nüşabə

IMG-20250814-WA0006

Adı tarixə müdriklik və gözəllik nümunəsi kimi daxil olan Bərdə hökmdarı əfsanəvi Nüşabə haqqında müxtəlif qaynaqlarla yanaşı, dünya şöhrətli qələm sahibləri də söz açmışdır.
Şərqin ustad şairlərindən olan Firdovsinin, Azərbaycan şairi Nizami Gəncəvinin bu qüdrətli sərkərdə hökmdarla bağlı qələm çalması da onun ağlı, iradəsi, dövlət idarəçilik sistemində tutduğu mövqeyi və əldə etdiyi uğurları ilə bağlıdır.

Firdovsinin “Şahnamə”, Nizami Gəncəvinin “İskəndərnamə” əsərlərində məhəbbətlə tərənnüm edilən bu türk xatunu Araz çayının şimalında yerləşən, milli dövlətçilik ənənələrində tariximizin bir mərhələsi sayılan, Atropatena dövlətinin tərkib hissəsi olan Bərdənin hakimi olub…

Qarabağın axar-baxarlı təbiətindən, bumbuz, mərcan bulaqlarından içən, Topxana düzündə qəhrəmanlıq, Tərtərin, Qarqarın, Həkərinin, Bərküşadın sahillərindəki xan çinarlardan və qos-qoca palıd ağaclarından mərdlik, müdriklik dərsi almışdı Nüşabə! Gözünün nurunu, dağların döşünə səpilən çiçəklərin rəngini naxış-naxış, ilmə-ilmə Qarabağ xalılarına və könlünün sevgi məktublarına köçürən xanım-xatın nənələrdən, ismətli qız-gəlinlərdən ləyaqət dərsi almışdı Nüşabə! Vətəninə, dünyaya saflığın, gözəlliyin, ilahi eşqin gözü ilə baxan Şeyx Nizami Gəncəvi “Xəmsə”sinə aid olan “İskəndərnamə” poemasında odlar yurdunu qəlbinin hərarəti, sonsuz sevgiləri ilə təsvir edir.

Bu gözəl torpaqlar bir qadınındır

Yolunun və Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşən bu sərvətlər ölkəsi dünya fatehlərini daim özünə cəlb etmişdi.

Bəzi tarixçilərə görə, Qara dəniz sahillərindən Afrikaya, Kiçik Asiyadan Hindistana qədər böyük bir ərazini fəth edən bu diyar Makedoniyalı İskəndərin də diqqət mərkəzində olmuşdur. Qonşu Fars İmperiyasını, şahı Daranın qoşunlarını zəmi kimi biçib, su kimi içən Makedoniyalı İskəndər Odlar Yurdunun, Bərdənin gözəlliyinə, onun müdrik hökmdarına heyrətini və heyranlığını gizlətməmişdi…

Bəzi qaynaqlarda salnaməçilərin təqdim etdiyi Şərqin gözəl dəyərlərini özündə əks etdirən müdrikliyi və gözəlliyi ilə böyük fateh Makedoniyalı İskəndəri heyran etmiş hökmdar-qadın Qudafiənin elə Nüşabə olduğu ehtimal edilir…

İlahidən hikmət və sərvət payı alan zəngin və gözəl ölkəsini daim yadelli işğalçılardan qoruyan Nüşabə yurdun qəhrəman oğullarına nəinki sərkərdəlik etdi, ən ağır döyüşlərdə düşmən üzərinə yeriməklə özünün müdrik və mətanətli hökmdar obrazını yaratdı.

Dünya fatehi Makedoniyalı İskəndər Bərdədə gördüyü gözəlliklərdən heyrət edəndə keçirdiyi hissləri sonralar Şeyx Nizami ustalıqla sözə köçürüb tarixə əmanət etdi:
Dedilər: “Gördüyün bu var, bu yatır, bu gözəl torpaqlar bir qadınındır. Qadındır, erkəkdən ürəkli, qoçaq Dəniz incisindən təmiz və parlaq Tayı yox şüurda, adda və sanda …Qəhrindən, kinindən onun qorxaraq, şəhrinə bir kişi basmamış ayaq, çarpışma zamanı versəydi fərman, yolunda kişilər keçərdi candan”.

Makedoniyalı İskəndər Bərdədən əliboş gedir, onu Nüşabənin müdrikliyinə bağışlayır

Nüşabə gözəllikdə, hünərdə, ləyaqətdə, ağılda və müdriklikdə ad çıxarmışdı. Xalqının, yurdunun əyilməzlik, mərdlik nümunəsi kimi təqdim olunan Bərdə hökm-darı ilə Makedoniyalı İskəndərin görüş səhnəsi də poemada olduqca maraqlı bir dildə, bədii boyalarla təsvir olunur: “Erkək tinətliyəm, olsam da qadın, Hər işi bəllidir, mənə dünyanın. Mən də bir aslanam, düşünsən bir az, aslanın erkəyi, dişisi olmaz. Qara bulud kimi gurlasam kinlə, qılınc tüstüsündən yanar su belə. Aslanlar buduna basaram mən dağ, nəhənglər yağından yaxaram çıraq”.
Deyirlər, sarayın, xüsusən də Qarabağ saraylarının zövqü-səfası, incəlikləri və süfrə mədəniyyəti ilə bəzənmiş ziyafət otağına daxil olan dünya fatehi Qarabağ xanəndələrinin, tarın, kamanın, qavalın, ruhu yerindən oynadan “Segah”in, muğamlarımızın müşayiətilə süfrə başına gəlir. Şahın hüzurundakı məcməyinin pərdəsi götürüləndə dünya fatehi “Bu qədər zənginlik içərisində daş-qaşla dolu məcməyiyə nə ehtiyac var?” – deyib soruşanda Bərdənin müdrik və mərd hakimi Nüşabə gülərək söyləyir: “Daşın ki, boğaza yolu yoxdu, faydasız, yaramaz belə daş üçün, bu qədər vuruşmaq, çarpışmaq neçin? İndi ki, yeməyə yaramaz bu daş, dünyada onunla ucalarmı baş?!”

Varlığı ilə məclisə şərəf gətirən, müdrikliyi ilə dünya fatehinin qəlbini fəth edən Bərdə hökmdarı beləcə Bərdə torpağını, Qarabağı qan gölündən xilas edir. Ölkəsini və onun ərazi bütövlüyünü uzaqgörən siyasəti, ağlı, iradəsi ilə düşmən cəngindən qoruyur. Bərdə hakimi Makedoniyalı İskəndərlə sülh bağlayır. Onun istəyi ilə sevimli qızını ən yaxın silahdaşına, sərkərdə Perdikkə ərə verir.

Bununla o, təkcə Qarabağın, Odlar Yurdunun – Azərbaycanın bir parçasını qandan xilas etmir. Dünyanı, Avropanı Şərq müdrikliyi qarşısında diz çökdürür. Makedoniyalı İskəndər Bərdədən əliboş gedir, bac-xərac almır. Onu Nüşabənin müdrikliyinə bağışlayır.

Nuha, Süleymana qalmayan dünya İskəndər Zülqərneynə də qalmır. O, ölüm ayağında indi zərb məsələ çevrilən bu vəsiyyəti edir:
Makedoniyalı İskəndər qüdrətli sərkərdə, mütəfəkkir alim, sarayını sənətin, mədəniyyətin, elmi-irfanın, təbib-filosofların gülzarına çevirən lider idi. Onu hər kəs heyrətləndirə bilməzdi. “Məni dəfn etməyə aparanda əllərimi cənazədən çölə çıxarın. Qoyun hər kəs görsün ki, dünya fatehi də dünyadan əliboş gedir!” kəlamı elə-belə yaranmayıb.

Təkcə bu fakt sübut edir ki, Makedoniyalı İskəndər kimi müdrik, filosof, natiq bir sərkərdə xaqan da son anında Şərqi, Türk dünyasını və Azərbaycanı etiraf edib. Elə bu etirafa görə hər birimiz əfsanəvi Nüşabə adına səcdəyə gəlməyə, onun ruhunun dolandığı Qarabağı erməni daşnaklarının terrorundan, Ermənistan silahlı qüvvələrinin təcavüzündən xilas edən, al qanı ilə tarix yazan şəhidlərimizin ruhu, bir parası vətən olan qazilərimizin varlığı qarşısında min illər bundan sonra da baş əyməyə borcluyuq.
Azərbaycan Respublikasının I vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın gerçəkləşdirdiyi beynəlxalq layihələr, humanitar forum və konfranslar, işğaldan azad olunan Qarabağ və şərqi Zəngəzurda gördüyü mühüm işlər, əldə etdiyi nailiyyətlər Makedoniyalı İskəndəri heyrətləndirən əfsanəvi Nüşabənin diyarında bu gün də qüdrətli qadın liderlərin var olduğunu, onların iradənin gücü, xarakterin əyilməzliyi ilə dünyaya hökm etdiyini sübuta yetirir.

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus”