Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

1782981141380462483_1200x630

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərində yeni yaradılmış Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib.
Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu, müayinəsi, müalicəsi, peyvəndlənməsi, sterilizasiyası və reabilitasiyası üçün nəzərdə tutulan müvafiq sahələrə baxış keçirib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış regional bölmənin əsas məqsədi sahibsiz heyvanlara qayğının göstərilməsi, sanitar-epidemioloji sabitliyin təmin olunması, heyvanların uçotunun aparılması, müayinə və müalicəsinin təşkili, eləcə də profilaktik və digər baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsidir.
Ümumi ərazisi 2,5 hektar olan kompleksdə müasir avadanlıqla təchiz olunmuş klinika binası, heyvanların müşahidə və müalicəsi üçün xüsusi bölmələr, inzibati və yardımçı binalar, o cümlədən karantin binası inşa edilib.
Qeyd edək ki, Yevlaxda yaradılmış yeni mərkəz Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin regional bölməsi kimi fəaliyyət göstərəcək. Sahibsiz heyvanlarla bağlı regionlardakı mövcud vəziyyətin təhlili bu istiqamətdə görülən tədbirlərin ölkənin digər şəhər və rayonlarını da əhatə etməsinin zəruriliyini göstərib. Yeni bölmənin Yevlaxda yaradılması şəhərin əlverişli coğrafi mövqeyi və müxtəlif regionları birləşdirən əsas nəqliyyat yollarının qovşağında yerləşməsi nəzərə alınmaqla müəyyənləşdirilib. Regional bölmə ətraf şəhər və rayonlarda sahibsiz heyvanlarla bağlı müraciətlərə daha operativ reaksiya verilməsinə imkan yaradacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Payız aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin