Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/22/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Vyetnamın vitse-prezidenti

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.
Baki-baku.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Ti An Suana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycan və Vyetnam dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra əməkdaşlığın və siyasi dialoqun intensivləşdiyi bildirilib.
Dövlətlərarası diplomatik münasibətlərlə yanaşı, xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Hanoy Ticarət və Turizm Kollecində, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub, təhsil, sosial və ətraf mühitin qorunması sahələrində layihələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Görüşdə həmçinin hər iki ölkənin turizm potensialının inkişafı baxımından əməkdaşlıq və ayrı-ayrı sahələri əhatə edən mübadilə proqramlarının icrası, iki ölkə mədəniyyətinin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələləri diqqət mərkəzində olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İncəsənət bütün sahələri ilə daim insanda yaratmaq, yaradılandan zövq almaq eşqi verir. Baki-baku.az-ın bugünkü müsahibi bu cür yaradıcılardan

Ən son

HƏR ŞEYDƏN

Amma çox az adam bilir ki, Ay yavaş-yavaş, lakin qaçılmaz şəkildə planetimizdən uzaqlaşır.

HƏR ŞEYDƏN

Amma çox az adam bilir ki, Ay yavaş-yavaş, lakin qaçılmaz şəkildə planetimizdən uzaqlaşır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin