Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2025

Paylaşın

GÜNDƏM

İtaliyanın “Radio Classica” kanalında Üzeyir Hacıbəyli ilə bağlı xüsusi proqram yayımlanıb

Üzeyir Hacıbəyli, “Radio Classica”

İtaliyanın məşhur “Radio Classica” kanalında Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas, pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş xüsusi musiqi proqramı və podkast yayımlanıb.

Baki-baku.az xəbər verir ki, layihə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilib.

Proqram çərçivəsində Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin formalaşmasında rolu, milli opera və operettanın yaradıcısı kimi misilsiz xidmətləri barədə geniş söhbət aparılıb. Dinləyicilərə bəstəkarın ölməz əsərlərindən – “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” operettasından seçmələr, simfonik və kamera musiqiləri təqdim olunub.

“Radio Classica”nın musiqi ekspertləri və aparıcıları qeyd edirlər ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə Azərbaycan mədəniyyətinin deyil, ümumdünya musiqi xəzinəsinin əvəzolunmaz hissəsidir. Proqramda bəstəkarın Şərq və Qərb musiqi üslublarını sintez edən yenilikçi yanaşması, həmçinin onun Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasındakı misilsiz xidmətləri vurğulanıb.

Bu təşəbbüs Azərbaycanın zəngin musiqi irsinin beynəlxalq miqyasda təbliği, Üzeyir Hacıbəyli yaradıcılığının beynəlxalq auditoriyaya daha geniş çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycan-İtaliya mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verir, ölkəmizin dünya musiqi məkanındakı mövqeyini daha da gücləndirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi Bakıya giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.

Ən son

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin