Son illərdə Bakıda küçələrin piyadayönümlü olması istiqamətində addımlar atılır. Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Nizami küçəsindən sonra artıq İslam Səfərli küçəsinin də yalnız piyadaların istifadəsinə istiqamətdə işlər aparılırdı.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə İslam Səfərli küçəsi avtomobillərin hərəkəti üçün tamam bağlanacaq. Burada kommunikasiya işləri ilə əlaqədar qazıntiya başlanılacaq.