Ortaq türk dili və əlifbasının ortaya qoyulması ideyaların illər öncə təbliğ edən əzəmətli şair Hüseyn Cavidin bu gün doğum günüdür. Ötən əsrin əvvəllində mənsub olduğu millətə “Turana qılıncan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” nidası ilə doğru yolu göstərən Cavid əfəndi 100 il sonra bu gün yaşadığımız qürurun əzəmətini ruhunda hiss etmiş, onu qələm müqəddəsliyi ilə yaddaşlara həkk etmişdi.
1882ci ildə Naxçıvanda doğulan şair illər öncə düşünülməsi belə xəyal olan Türk Birliyinin, Türksoyun, TürkPA-nın, Türk Mədəniyyəti İrsi Fondunun, Türk Akademisinin fəaliyyət göstərməsin və ortaq türk ordusunun var olacağın bilməsi onun öncədən görmə qabiliyyətinin nümunəsidir. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirən Hüseyn Cavid 1909-15-ci illərdə Naxçıvanda, Gəncədə, Tiflisdə və Bakıda müəllimlik etsə də, «Ana», «Maral», «Şeyda», «Şeyx Sənan», «İblis» əsərləri, «Peyğəmbər», «Topal Teymur», «Səyavuş», «Xəyyam» kimi tarixi dramları ilə ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirib.
1937-ci ilin dəhşətli repressiyaları zamanı damğalanaıb, Sibir çöllərinə sürgün edilib. Bütün əsərləri ilə Turanın, türk dünyasının haqq səsinə dönən Cavid əfəndi tarixi bəraətini Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində alıb.
1982-ci ildə nəşi İrkutskdan gətirilərək Naxçıvanda – ata yurdunda torpağa verilib. Ulu Öndərin siyasi hakimiyyətinin ikinci mərhələsində isə Hüseyn Cavidin 37-ci ilin dəhşətli repressiyası zamanı pərən-pərən olmuş ailə üzvlərinin nəşi bir məqbərə kompleksi altında cəm edilib. Xalqımız belə vətənpərvər oğulların tanımalı və tarixinə bələd olmalıdır.