Nəşr edilmişdir 12/12/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Hər bir azərbaycanlının iftixarla andığı şəxsiyyət – Heydər Əliyev!

Bütün zamanlarda tarix şəxsiyyətlər, qüdrətli simalar yetirib. Tək-tək şəxsiyyətlər olub ki, onlar tərcümeyi- halı ilə tarixin özünü yaradıblar. Tərəddüd etmədən deyə bilərik: onlardan biri, bəlkə də birincisi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Bu böyük şəxsiyyət 10 milyondan çox azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin memarı,  Yer üzünə səpələnmiş 50 milyondan azərbaycanlının həmrəylik  təminatçısıdır.

Heydər Əliyev əzəmətli, bənzərsiz və təkrarsız insan, dahi şəxsiyyət idi. O, tarix yaradırdı. Çünki o, özü tarixin canlı bir salnaməsi, daha doğrusu, tarixin özü idi. Azərbaycan tarixinin uzun və şərəfli bir dövrü onun adı ilə bağlıdır. Tarixə qızıl hərflərlə həkk olunan bu ad bütün dillərdə eyni səslənir: Heydər Əliyev! Bu adın sahibi ilə hər bir azərbaycanlı iftixar hissi keçirir. Millətinin şərəf, ləyaqət, məmləkətinin cəsarət nümunəsi olan bu qüdrətli şəxsiyyətlə əlində Quran, ruhunda Turan olan hər bir müsəlman, türk də qürur duyur. O, müdrik, mütəfəkkir dövlət xadimi idi

Xalq, millət, dövlət də insan kimidir, yaddaşı ilə yaşayır. Milli istiqlal, azadlıq sevdası, azərbaycançılıq, türkçülük, turançılıq məfkurəsi ilə müasir Azərbaycanın memarı olan, varisi ilə ən Yeni Azərbaycanın dastanını yaradan, harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, azərbaycanlılığını, türklüyünü unutmayan, cəsarəti, ləyaqəti ilə tarix yaradan, o tarixə müdrikliyi, məğrurluğu ilə yazılan, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”, “Mən İlham Əliyevə özüm kimi inanıram”, “Azərbaycan xalqının taleyi indi etibarlı əllərdədir” nidası ilə bizə güman, ona əyan dünyanın dərgahına çəkilən, millətinin yaddaş yerinə çevrilən, bütün həyatını xalqına həsr edən, amalı, əməli, millət, məmləkət sevgisi ilə xarüqələr yaradan Ulu Öndər Heydər Əliyev son anda yaddaşa, sözə, səsə köçdü.

50 ildən artıqdır ki, Heydər Əliyev müdrikliyi, Heydər Əliyev əzəməti ilə zinətlənən dünyamız nə qədər Azərbaycan xalqı, Azərbaycan  dövləti olacaq, o qədər də var olacaq! Xalqımız 44 günlük Vətən Müharibəsində, haqq savaşında “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi Zəfərə imza atan,  Müzəffər Ali Baş Komandan, Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan tarixinin qızıl səhifələrini yaradacaqlar!

Şərəf Cəlilli

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Ən son

ƏSAS XƏBƏRLƏR

Bu gün Azərbaycanın adını dünyanın müasir tarixinə qızıl hərflərlə yazan, dövlətimizin başçısı, Müzəffər Ali Baş

ƏSAS XƏBƏRLƏR

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”

İQTİSADİYYAT

Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.Bununla bağlı