Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

Gələn ay Bakıda “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

IMG-20260515-WA0047

İyunun 17-20-də Bakı Ekspo Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfdaşlığı ilə “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.

Baki-baku.az KOBİA-ya istinadən xəbər verir ki, Agentlik sərginin təşkilatçılarından olmaqla yanaşı, tədbirdə xüsusi stendlə də təmsil olunacaq.

Agentliyin stendində ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlar iyunun 11-dək müvafiq formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər:

https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölməsində “7-ci Yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır).

Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 7-ci dəfə təşkil olunur. Builki sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin məhsul və xidmətlərini nümayiş etdirməsi nəzərdə tutulur.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Həmçinin sərgi çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.

“B2G zona” da isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər. İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti sərginin tərəfdaşlarıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də “Bakı Metropoliteni” QSC-nin qatarlarının hərəkət qrafiki dəyişdiriləcək.Bu barədə Baki-baku.az-a

Ən son

GÜNDƏM

İyunun 17-20-də Bakı Ekspo Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

GÜNDƏM

İyunun 17-20-də Bakı Ekspo Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin