Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/29/2026

Paylaşın

Mədəniyyət

Azərbaycan Tbilisidə beynəlxalq incəsənət sərgisində təmsil olunur

IMG-20261129-WA0008

Tbilisidəki Müasir İncəsənət Muzeyində “Silk Road – Imprints in Motion” adlı beynəlxalq incəsənət sərgisinin açılışı keçirilib.

Baki-baku.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

Tədbirdə çıxış edən səfir beynəlxalq mədəniyyət təşəbbüslərinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və humanitar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sərgidə 11 ölkə – Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İtaliya, Çin, İran və Hindistan təmsil olunur.

Azərbaycan sərgidə multimedia rəssamı, fotoqraf, kinorejissor və kurator Sitarə İbrahimbəylinin əsərləri ilə yer alır.

Sərginin fərqli cəhəti müxtəlif ölkələrin incəsənət nümunələrinin ənənəvi kommersiya stendləri əvəzinə, vahid kurator konsepsiyası əsasında muzey məkanında təqdim olunmasıdır. Bu format ziyarətçilərə və kolleksiyaçılara iştirakçı ölkələrin bədii yaradıcılığı ilə yaxından tanış olmaq, əsərləri kəşf və əldə etmək imkanı yaradır.

“Silk Road – Imprints in Motion” sərgisi müxtəlif ölkələrin incəsənət nümayəndələri arasında yaradıcılıq mübadiləsi və əməkdaşlığı təşviq edən beynəlxalq platforma kimi çıxış edir. Sərgi incəsənətin xalqlar arasında əlaqələrin və qarşılıqlı anlaşmanın gücləndirilməsindəki rolunu ön plana çıxarır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ən son

Mədəniyyət

Tbilisidəki Müasir İncəsənət Muzeyində "Silk Road – Imprints in Motion" adlı beynəlxalq incəsənət sərgisinin açılışı

Mədəniyyət

Tbilisidəki Müasir İncəsənət Muzeyində "Silk Road – Imprints in Motion" adlı beynəlxalq incəsənət sərgisinin açılışı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin