Vaqif Poeziya Günlərinin formatı genişlənir.
Baki-baku.az-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı”nda açılış nitqi zamanı deyib.
Fərid Cəfərov eyni zamanda uzun müddətli fasilədən sonra Vaqif Poeziya Günlərinin yenidən ənənəvi formatda bərpa edilməsini qeyri-maddi mədəni irsin qorunmasına göstərilən diqqətin nəticəsi olaraq dəyərləndirib:
“Builki festivala Türk dünyasından gələn qonaqların və gənc istedadlı şairlərin qatılmasından çox məmnunuq”.