Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/03/2025

Paylaşın

TARİXİMİZ

Əsrin Sensasiyası: Dünyada ilk neft quyusu ABŞ-də yox, Bakıda qazılıb

Əsrin Sensasiyası, Neft, Neft Quyusu, Bibi-heybət

Bibi-heybət təkcə mənəvi mərkəz deyil, həm də dünya neft sivilizasiyasının beşiyidir.
Neft dövrünün başlanğıcı ilə bağlı bildiyiniz hər şeyi unudun. Adi tarix – 1859-cu il və Pensilvaniyadan olan amerikalı polkovnik Dreyk artıq arxa planda qala bilər. Çünki əsl neft inqilabı… Bakıda baş verib.

Baki-baku.az yazır ki, dünyada ilk dəfə zərbə üsulu ilə qazılmış neft quyusu məhz Azərbaycanın müqəddəs Bibiheybət təpəsində həyata keçirilib. Bu da XIX əsrin ortalarında yox, 14 iyul 1848-ci ildə, yəni ABŞ-dakı “ilk” quyudan tam 11 il əvvəl olub!

Bu nə uydurmadır, nə də şərq nağılı — bu, faktdır. Sadəcə, onilliklər ərzində gözdən kənarda qalıb. Niyə? Çünki tarix yalnız qaliblər deyil, məmurlar tərəfindən də yazılır.

Neft inqilabının əsl atası kim idi?

Əsas fiqur — Nikolay İvanoviç Voskoboynikov. Gənc, yüksək savadlı dağ mühəndisi 1825-ci ildə Gürcüstan dağ ekspedisiyasındakı xidmətindən sonra Bakıya gəlmişdi. Cəmi iki il sonra isə elmi sensasiya yaratdı: yerli neftin klassifikasiyasını tərtib etdi, ilk dəfə onun sənaye üsulu ilə hasilatı, saxlanması və palçıq vulkanları ilə əlaqəsi barədə tədqiqat təqdim etdi.

Amma Nikolayın irəli fikirləri elm yox, bürokratiya tərəfindən əngəlləndi. 1838-ci ildə əsassız neft itgisi ittihamı ilə vəzifəsindən uzaqlaşdırıldı. Təbi qazla çalışan, buxarla distillə zavodu bağlandı. Adı unuduldu. Səhnə pərdəsi bağlandı, deyə bilərdik…

Əsrin Sensasiyası, Neft, Neft Quyusu, Bibi-heybət

…Və bu vaxt meydana Semyonov çıxır…

Vasili Nikolayeviç Semyonov — ədəbiyyatçı, humanitar sahənin adamı, Puşkinin dostu və maarifçilik məmuru — 1844-cü ilin dekabrında hökumətə öz adından sənəd təqdim edir: neft quyusu qazmaq təklifi! Elə həmin sənəd də sonradan Bibiheybətdəki qazma işlərinin əsasına çevrilir.

Tarixi fakt: 30 aprel 1845-ci ildə bu təklif əsasında hökumət 1000 gümüş rubl ayırır. 1846-cı ildə qazıntı işlərinə başlanılır və 1848-ci ildə ilk dəfə zərbə üsulu ilə real neft hasilatı baş verir!

Amma sənədi əslində kim yazmışdı? Faktların dərin analizi göstərir ki, sənədin müəllifi Voskoboynikov idi. Semyonov sadəcə onun ideyasını mürəkkəb bürokratik sistemdən keçirməyə yardımçı olmuşdu. Hətta ehtimal edilir ki, sənədə öz adını qəsdən yazıb.

Bəs niyə Voskoboynikov unuduldu?

Çünki “ləkələnmişdi”, maliyyə hesabatlarında adı yox idi, sitat gətirmək “uyğun” deyildi. Əvəzində, mədəni çevrələrdə hörmətli məmur və senzordan biri olan Semyonovu “yeni ideya sahibi” kimi təqdim etmək daha asan idi. Beləliklə, bir mif doğuldu: humanitar Semyonov “əfsanəvi neft mühəndisinə” çevrildi, Voskoboynikov isə öz şöhrətinin kölgəsində qaldı.

Bu sadəcə tarixə ədalət deyil. Bu qlobal bir yenilikdir: Dünyada ilk neft quyusu amerikalılara deyil, azərbaycanlılara aiddir. Və onun arxasında neft əsrinin əsl banisi olan bir şəxs durur — Nikolay İvanoviç Voskoboynikov.

Əgər kimsə hələ də neftin ilk dəfə Titusvildə fontan vurduğunu düşünürsə — o zaman artıq bu səhifəni yenidən yazmaq vaxtıdır.

Hacı Cavadov

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Ən son

ETNOQRAFIYA

Amma kim düşünə bilərdi ki, əsrlər sonra bu torpaqda Şərqin ən orijinal balet teatrlarından biri

ETNOQRAFIYA

Amma kim düşünə bilərdi ki, əsrlər sonra bu torpaqda Şərqin ən orijinal balet teatrlarından biri