Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/24/2026

Paylaşın

TARİX

Ellinizm dövrünün, Roma İmperiyasının, dünya sivilizasiyasının inkişafına zəmin yaradan fateh – Makedoniyalı İskəndər

İkinci yazı

“İskəndər nə zahiri görünüşcə tipik qəhrəmanlara bənzəyirdi, nə də ölümü qəhrəmanlara yaraşan — döyüş meydanında baş verən bir son idi. Onun ölümü qəhrəmanlara xas deyildi, amma etdiklərini kim inkar edə bilər?”

Dağlarda irəlilədiyi zaman İskəndərin atı Bukefalos oğurlandı. İskəndər bu hadisəyə çox qəzəbləndi və dərhal dağlılara xəbər göndərdi: “Əgər atımı qaytarmasanız, bütün yaşayış məntəqələrinizi yandıraram”. Qorxuya düşən oğrular atı geri qaytardılar. İskəndər buna çox sevindi. Oğrular cəzalandırılacaqlarını gözləyərkən, o, onlara öz çəkilərinə bərabər qızıl və var-dövlət hədiyyə etdi.

Türküstan səfərləri İskəndərin ən çətin yürüşləri hesab olunur. Bu bölgədə köçəri tayfalarla ağır döyüşlər baş verdi, hətta bəzi hallarda məğlubiyyətlər də yaşandı. Lakin İskəndər ordusunu müxtəlif şəraitlərə uyğunlaşdırmaq bacarığına malik idi. O, köçərilərin ən böyük üstünlüyünün uzaq məsafədən ox atan süvari dəstələri olduğunu anlayaraq oxşar strategiya və taktikadan istifadə etməyə başladı. Bunun sayəsində Orta Asiyada qələbələr qazanan İskəndər Səmərqənd də daxil olmaqla bir çox böyük şəhəri ələ keçirdi və bu ərazilərdə 10-a yaxın İskəndəriyyə şəhəri saldı.

İskəndərin ordusu yalnız döyüşçülərdən ibarət deyildi. Onun tərkibində mühəndislər, sənətkarlar, aktyorlar, memarlar və müxtəlif sahələrdən olan sənətkarlar var idi. O, getdiyi hər yerə öz mədəniyyətini də aparırdı. Fəth etdiyi şəhərlərdə yerli idarəçiləri dəyişdirmək əvəzinə onları vəzifədə saxlayır, şəhərlərin dininə, mədəniyyətinə və idarəetmə sisteminə müdaxilə etmirdi.

Atının dəfn edildiyi yerdə “Bukefala” adlı şəhər saldı

Qarşı da isə Hindistan səfəri vardı. Həmin dövrdə Hindistan geniş və zəngin bir bölgə idi. İskəndər döyüşlərdə müəyyən qələbələr qazansa da, ən yaxın dostlarından biri olan atı Bukefalosun ölümü onu çox sarsıtdı. O, atının dəfn edildiyi yerdə “Bukefala” adlı şəhər saldı. Kədəri böyük olsa da, Dünya Fatehi yürüşləri davam etdirdi. Onun qüdrətli ordusu Hindistanın içərilərinə doğru irəlilədi və əvvəllər görmədikləri mənzərələrlə qarşılaşdı: fərqli ibadət formaları, zahidlər, sehrbazlar və müxtəlif ekzotik heyvanlar. “Makedoniya Falanqası” taktikası ilə dünyanı fəth edən İskəndər səhraları, meşələri, buzlu dağları, susuzluğu, ölümü və ağrını aşaraq irəlilədi.Hind qəbilələrinə, fars əsgərlərinə və yunanlara eyni dərəcədə hörmət göstərdi. Bəzən onların milli geyimlərini geyinərək aralarına qarışırdı. Bu davranışı onun yaxın çevrəsi ilə tez-tez mübahisələrə səbəb olsa da, o, özünü insan cəmiyyətindən ayırmadı. Fəth etdiyi ərazinin insanlarına insani münasibət sərgilədi. Səfər zamanı bu cür daxili narazılıqlar və musson yağışları səbəbindən əsgərlərin daha irəli getmək istəmədiyini, üzüldüyünü görən İskəndər geri dönmək qərarına gəldi və gələcəkdə Afrikanı fəth etməyi planlaşdırmaq məqsədi ilə Babilə qayıtdı. Bu zaman onun ən yaxın dostu Hefestion vəfat etdi. İskəndər bu itkidən çox sarsıldı və uzun müddət yas saxladı. Yaxınlarının təkidi ilə özünü çətinliklə ayaqda saxlamağı bacardı. Lakin çox keçmədi ki, Dünya Fatehi 32 yaşında qəfildən dünyaya vida nəğməsi oxudu.

“Əllərimi cənazədən çölə çıxarın, qoyun hər kəs görsün ki, Dünya Fatehi də dünyadan əli boş gedir”

Dünya Fatehi Makedoniyalı İskəndərin ölüm səbəbi ilə bağlı hələ də dəqiq məlumatlar yoxdur. Bəziləri onun zəhərləndiyini, bəziləri isə xəstəlikdən dünyasını dəyişdiyini qeyd edir. Onun irsini tədqiq edən araşdırmaçılar isə İskəndərin ölümünün sıradan bir hadisə olmadığını qəbul edirlər. Onu təsvir edəndə isə yazırlar: “İskəndər nə zahiri görünüşcə tipik qəhrəmanlara bənzəyirdi, nə də ölümü qəhrəmanlara yaraşan — döyüş meydanında baş verən bir son idi. Onun ölümü qəhrəmanlara xas deyildi, amma etdiklərini kim inkar edə bilər?”

Makedoniyalı İskəndər cəmi 12 il siyasi hakimiyyətdə oldu. Qüdrətli ordusu ilə 33 min kv/km yol qət etdi. Saysız-hesabsız döyüşlərdə qələbə qazandı. Və tarixin ilk böyük fatehlərindən biri kimi yaddaşlara yazıldı. O, sadəcə torpaqları fəth etmədi, Şərq və Qərb dəyərlərinin sintezinə, sivilizasiyaların mədəniyyətlərin dialoquna töhfələr verdi. Ellinizm dövrünün formalaşmasına böyük təsir göstərdi. Roma İmperiyasının, gələcək Avropanın və ümumilikdə dünya sivilizasiyasının inkişafına zəmin yaratdı.

Məğlub etdiyi Əhəməni hökmdarı Daranın anasının belə İskəndərin ölümünə kədərləndiyi və xəstələnərək dünyadan köçdüyü rəvayət edilir

Onun ölümündən sonra yazılan kitab və monoqrafiyaları, elmi-publisistik məqalələri oxuduqda bunu daha aydın görmək, hiss etmək mümkündür. Müsəlman Şərqində qəhrəman kimi təsvir edilən Dünya Fatehi Şeyx Nizami Gəncəvinin “İskəndərnamə” poemasının əsas qəhrəmanı kimi “Xəmsə” gülzarına çevrildi.

Bəzi tədqiqatçılara görə, Qurani-Kərimdə adı çəkilən Zülqərneyn məhz İskəndərdir. Mifoloji mətnlərə istinad edərək deyə bilərik ki, “Zülqərneyn” “iki buynuzlu” mənasını verir. İskəndərin dəbilqəsində qoşa buynuza bənzər bəzəklərin olması bu fikri gücləndirən amillərdəndir. Hətta sonralar onun adına zərb olunan sikkələrdə də İskəndər buynuzlu şəkildə təsvir edilmişdir. Əldə olunan məlumatlardan bəlli olur ki, Makedoniyalı İskəndər Hindlilər üçün mifoloji qəhrəmana çevrilmişdir. Orta Asiyada – Türküstanda isə hətta Çingiz xan kimi hökmdarların belə adını hörmətlə çəkdiyi bir lider olmuşdur. Misirlilər isə onu əsrlər boyu Tanrı-Firon kimi qəbul etmişlər.

Dünya Fatehi Babildə dünyasını dəyişsə də, Misir Fironu olduğu üçün cəsədi mumiyalanaraq İskəndəriyyə şəhərinə aparılmış və orada onun üçün hazırlanmış sərdabəyə yerləşdirilmişdir

“Yaşadığı dövrdə Afrikanın cənubundan Asiyanın şimalına qədər onun adını eşitməyən demək olar ki, qalmamışdır. O, müxtəlif xalqların mədəniyyət tarixinə namümkünü mümkünə çevirən Sərkərdə kimi yazılmışdır. Məğlub etdiyi Əhəməni hökmdarı Daranın anasının belə İskəndərin ölümünə kədərləndiyi və bu kədərdən xəstələnərək dünyadan köçdüyü barədə rəvayət edilir.

Dünya Fatehi Babildə dünyasını dəyişsə də, Misir Fironu olduğu üçün cəsədi mumiyalanaraq İskəndəriyyə şəhərinə aparılmış və orada onun üçün hazırlanmış sərdabəyə yerləşdirilmişdir. Əsrlər boyu hökmdarlar onun məzarını ziyarət etmişlər.

“Ən Böyük İşləmək!” ideyasının əsasını qoyan Makedoniyalı İskəndərin əsas arzularından biri və birincisi Bütün dünyanı vahid bir ideologiya və bayraq altında birləşdirmək idi. Bu gün belə xəyal kimi görünən arzunun gerçəkləşməsi təlatümlərlə dolu dünyanın bəlkə də xilasıdır. Hər halda bu qənaətə yüz illər öncə gələn dünya fatehi Makedoniyalı İskəndər sıradan bir tarixi şəxsiyyət deyildi. O, həm də Misir Fironu idi. Fironların İlahi bağını inkar edən bir kəsə hələ ki, rast gəlinməyib.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər il aprelin 23-də dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur. Bu əlamətdar gün 1995-ci ildə

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin