Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/06/2026

Paylaşın

GÜNDƏM

Heydər Əliyev Sarayında Səməd Vurğunun 120 illik yubileyi keçirilib

IMG-20260606-WA0052

İyunun 5-də Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək bildirib ki, Səməd Vurğunun yaradıcılıq işığı bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir.

Xalq yazıçısı qeyd edib ki, məktəb illərindən Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirik və poeziyamızda bu qədər geniş yayılan başqa bir şeir tapmaq çətindir.

“Səməd Vurğun qəlblərdə yaşayır və bundan sonra da yaşayacaq. Çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərən şair öz yaradıcılığı ilə xalqın yaddaşında silinməz iz qoyub. Onun “Vaqif” pyesi Azərbaycan xalqını məhv etməyin mümkünsüz olduğunu bir daha xatırladır. İllər keçsə də, şairin sözü və ideyaları hər zaman yaşayacaq və eşidiləcək”, – deyə Anar vurğulayıb.

Tədbirin bədii hissəsində incəsənət ustaları şairin şeir və poemalarından parçalar səsləndirib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Həmçinin Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoxronika materialları nümayiş olunub.

Tədbirin ssenari müəllifləri Mehriban Zəki və İlqar Fəhmi, rejissoru Mehriban Zəki, məsləhətçiləri Aslan Salmansoy, Aygün Bağırlı, Vurğun Vəkilov.

Gecədə Xalq artistləri Eldost Bayram, Mehriban Zəki, Əməkdar artistlər Elşən Rüstəmov, Həcər Ağayeva, Afaq Abasova, Arzu Əliyeva, Günəş Tegin-Mehdizadə, Vüqar Hacıyev, Səmimi Fərhad, Sabirə Rüstəmli, İbrahim Çingiz, Türkay Cəfərli, İsmayıl Davudlu, Atəş Qarayev, Nadir Rüstəmli, Rəvan Qaçayev, Aşıq Samir Cəlaloğlu, pianoçu Vurğun Vəkilov və bədii qiraətçi Xəzər Süleymanlı çıxış ediblər.

Yubiley gecəsində Mustafa Mehmandarovun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Təranə Yusifovanın rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin Xoru da çıxış edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

İyunun 5-də Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə

GÜNDƏM

İyunun 5-də Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin