Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/07/2026

Paylaşın

Mədəniyyət

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

IMG-20260607-WA0006

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri maraqlı proqramla davam edir. İyunun 6-da Arkadağ şəhərindəki Göroğlu adına Dövlət Atçılıq Sirkində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti təşkil olunub.

Baki-baku.az xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Konsert proqramında iki ölkənin rəqs kollektivləri milli rəqsləri təqdim edib.

Azərbaycan Dövlət Rəqs Ansamblının nümayiş etdirdiyi “Nağaralar”, “Toy”, “Qazaxı”, “Tərəkəmə”, “Çayçı”, “Ağçiçək” və “Uzundərə” rəqsləri tamaşçıların böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.

Azərbaycan və Türkmənistan xalqlarının zəngin mədəni irsini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rəngarəng səhnə nömrələri iki qardaş xalq arasında mövcud olan dostluq və mədəni yaxınlığı bir daha nümayiş etdirib.

Daha sonra tədbir Türkmənistanın milli at şousu ilə davam edib. Şou zamanı atlarının iştirakı ilə müxtəlif akrobatik nömrələr nümayiş olunub.

Türkmən xalqının qədim atçılıq ənənələrini əks etdirən təqdimat iştirakçılara unudulmaz anlar yaşadıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb

Ən son

GÜNDƏM

Bakıda avtomobil həvəskarlarını bir araya gətirən “Classics & Supercars” festivalı başlayıb.

GÜNDƏM

Bakıda avtomobil həvəskarlarını bir araya gətirən “Classics & Supercars” festivalı başlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin