Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/12/2026

Paylaşın

GÜNDƏM

DYP “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

"Son zəng", DYP

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib.

Bu barədə Baki-baku.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, bəzi hallarda məzunlar və yeniyetmələr “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır:

“Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.

Xatırladırıq ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.

Eyni zamanda bildiririk ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər”.

Məlumatda idarə valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırır:

“Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.

Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq”.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, “Son zəng” tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 4-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq.

Ən son

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin