Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/08/2026

Paylaşın

HƏR ŞEYDƏN

Dünya okeanları təhlükə qarşısında: Planetin “ağciyərləri”ni qorumaq niyə vacibdir?

WhatsApp Image 2026-06-08 at 08.26.15

İyunun 8-i bütün dünyada Ümumdünya Okeanlar Günü kimi qeyd olunur. Bu tarix okeanların Yer kürəsinin ekoloji tarazlığındakı rolunu xatırlatmaq, onların üzləşdiyi təhlükələrə diqqət çəkmək və insanların bu sahədə məsuliyyətini artırmaq məqsədi daşıyır.
Okeanlar bəşəriyyətin həyat mənbələrindən biridir. Planetimizin səthinin təxminən dörddə üçünü əhatə edən nəhəng su hövzələri Yer üzündəki su ehtiyatlarının 97 faizini özündə cəmləşdirir. Alimlərin hesablamalarına görə, insanın nəfəs alması üçün zəruri olan oksigenin böyük hissəsi məhz okeanlar tərəfindən istehsal olunur. Bu səbəbdən onlar tez-tez Yer kürəsinin “ağciyərləri” adlandırılır.
Ümumdünya Okeanlar Gününün yaranması ideyası ilk dəfə 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən “Yer planeti” Sammitində irəli sürülüb. Daha sonra BMT Baş Assambleyasının qərarı ilə 2009-cu ildən etibarən bu gün rəsmi beynəlxalq tarix kimi qeyd olunmağa başlayıb.
Mütəxəssislərin fikrincə, okeanlar təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır. Dünyada təxminən bir milyard insan əsas zülal mənbəyi kimi dəniz məhsullarından istifadə edir. Balıqçılıq və okeanlarla bağlı digər sahələr isə 200 milyondan çox insanın məşğulluğunu təmin edir.
Lakin son onilliklərdə insan fəaliyyəti okean ekosistemlərinə ciddi zərbə vurub. Plastik tullantılar, sənaye çirklənməsi, həddindən artıq balıq ovu və iqlim dəyişiklikləri nəticəsində dünya okeanlarının böyük hissəsi təhlükə ilə üz-üzə qalıb. Beynəlxalq araşdırmalara görə, okeanların təxminən 40 faizi insan təsirindən ciddi şəkildə zədələnib. Böyük balıq populyasiyalarının əksəriyyəti azalır, mərcan riflərinin isə yarıdan çoxu artıq məhv olub.
Alimlər hazırda Dünya Okeanının sirlərini araşdırmağa davam edir, yeni canlı növləri və ekosistemlər kəşf edirlər. Bu tədqiqatlar həm təbiətin qorunması, həm də gələcəkdə yeni qida və dərman mənbələrinin tapılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu il Ümumdünya Okeanlar Günü “Planet okeanı: Axınlar dəyişir” devizi altında qeyd olunur. Mövzu dünya ictimaiyyətini okeanların taleyinə daha məsuliyyətlə yanaşmağa, ətraf mühitin qorunmasına töhfə verməyə və gələcək nəsillər üçün sağlam dəniz ekosistemlərinin saxlanmasına çağırır.
Mütəxəssislər hesab edirlər ki, okeanların qorunması yalnız sahilyanı ölkələrin deyil, bütün bəşəriyyətin ortaq vəzifəsidir. Çünki okeanlarda baş verən dəyişikliklər iqlimdən tutmuş ərzaq təhlükəsizliyinə qədər həyatın bütün sahələrinə təsir göstərir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Səhər tələsik işə gedən insanlar, nəqliyyatda yaşanan sıxlıq, bitmək bilməyən görüşlər, telefon bildirişləri və günün sonunda hiss edilən

Ən son

HƏR ŞEYDƏN

Yayın ən sevilən dadlarından biri olan dondurma şipşirin desert olmaqla yanaşı, həm də uzun və

HƏR ŞEYDƏN

Yayın ən sevilən dadlarından biri olan dondurma şipşirin desert olmaqla yanaşı, həm də uzun və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin