Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2026

Paylaşın

GÜNDƏM

Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Hövsanda mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib.
Baki-baku.az xəbər verir ki, bu mənzillər MİDA-nın Hövsan Yaşayış Kompleksindədir.
4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.
Qeyd edilib ki, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.
Postmüharibə dövründə onlara 7300-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib.
Bu dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlərin də orta hesabla 2 dəfədən çox artırıldığı bildirilib.
Eyni zamanda, bu kateqoriyalara aid vətəndaşların məşğulluq məsələlərinin həlli, reabilitasiya xidmətləri ilə təminatı sahələrində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi

Ən son

GÜNDƏM

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud

GÜNDƏM

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin