Nəşr edilmişdir 04/10/2025

Paylaşın

SİYASƏT

Donald Tramp İlham Əliyevə məktub göndərdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır.

Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram.

Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.

Ən son

GÜNDƏM

Ölkə ərazisində iyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Ölkə ərazisində iyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.