Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/28/2026

Paylaşın

GÜNDƏM

DİN sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

DİN, Reklam, МВД

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

DİN-dən Baki-baku.az-a verilən məlumata görə, sosial şəbəkədə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür.

İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. DİN vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.

Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, “son fürsət”, “məhdud sayda” kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.

Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.

“Şübhəli linklərə daxil olmayın, saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın, alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin, emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın. Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin”, – xəbərdarlıqda vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Elmira Rəhimovanın sənət yolunun ən maraqlı səhifələrindən biri Hindistanla bağlıdır.

Ən son

İdman

Azərbaycan Badminton Federasiyasından Baki-baku.az-a verilən məlumata görə, yarışda Azərbaycan da daxil olmaqla 9 ölkədən 64

İdman

Azərbaycan Badminton Federasiyasından Baki-baku.az-a verilən məlumata görə, yarışda Azərbaycan da daxil olmaqla 9 ölkədən 64
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin