Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/15/2025

Paylaşın

GÜNDƏM

“Cəfər Cabbarlı – Nizami” xəttində tunelin inşasına hazırlıq işləri 4-5 ay çəkəcək

“Cəfər Cabbarlı - Nizami”, “Bakı Metropoliteni”

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işləri 4-5 ay davam edəcək.
Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, hazırlıq işləri çərçivəsində “28 may” stansiyası ətrafında iki ərazidə şaxtalar qazılacaq. Tikinti meydançalarından biri stansiyanın qarşısında, digəri isə arxa hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində yerləşir.
Ərazi təhlükəsizlik norma və qaydalarına riayət olunmaqla hazırlanacaq, bütün müasir standartlarla çətin geoloji şəraitdə diametri 12 metrə yaxın olan şaxtaların qazıntısı başlanılacaq. Dərinliyi 30 metrdən çox olan şaxtalar lazımı dərinliyə çatdıqdan sonra əsas tunellərə doğru kiçik həcmdə yanaşma tunelləri qazılacaq. Bununla da şaxtaların qazılma prosesi yekunlaşacaq. Qeyd olunan proses təxminən 4-5 ay müddətində davam edəcək və metropolitendə hərəkətin normal təşkilinə heç bir maneə yaratmayacaq. Sərnişinlər metrodan indiyə qədər olan intervalla istifadəni davam etdirəcəklər. Əlavə olaraq, aparılan qazma işləri ərazidə olan avtobusların hərəkətinə və dəmir yolu vağzalının iş qrafikinə heç bir təsir göstərməyəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Paytaxtın Yasamal rayonu ərazisində qaz olmayacaq.

Ən son

İdman

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun

İdman

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin