Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 7-də paytaxtın Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir, Biləcəri qəsəbəsində isə 6 kV-luq “Biləcəri-1” və “Biləcəri-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı, Mirəli Seyidov küçələri, Parlament prospektinin bur hissəsində və Qanlı gölün ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Biləcəri qəsəbəsi, Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat 10:00-dan 16:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.