Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2026

Paylaşın

GÜNDƏM

Binədə Şəhidlər küçəsində natəmizlik problemi aradan qaldırılıb

Paytaxtın Binə qəsəbəsində yerləşən Şəhidlər küçəsində qeydə alınan natəmizlik problemi aradan qaldırılıb.
Baki-baku.az-a Xəzər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ərazidə təmizlik işləri aparılıb və mövcud problem aradan qaldırılıb.
Qeyd edək ki, küçədə məişət tullantılarının ətrafa atılması sakinlərin narahatlığına səbəb olmuşdu. Küçənin Şəhidlər adını daşımasına və ərazidə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, bəzi şəxslərin tullantıları müəyyən edilmiş yerlərdən kənara atması natəmizliyə gətirib çıxarmışdı.
Problemin aradan qaldırılması ilə yanaşı, ərazidə təmizliyin davamlı qorunması da vacibdir. Bunun üçün sakinlər məişət tullantılarını müəyyən edilmiş yerlərə atmalı, ictimai ərazilərin təmiz saxlanılmasına məsuliyyətlə yanaşmalıdırlar. Şəhidlərin adını daşıyan küçələrə hörmət, həm də həmin ərazilərin təmizliyinə və abadlığına diqqətlə yanaşmaqdan başlayır.
Bununla yanaşı, sakinlərin diqqətə çatdırdığı yol infrastrukturunun vəziyyəti ilə bağlı məsələ də aktual olaraq qalır. Küçədə hərəkətin rahat və təhlükəsiz təşkili üçün yol örtüyünün vəziyyətinin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi əhəmiyyətlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib.

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin