Nəşr edilmişdir 03/29/2025

Paylaşın

GÜNDƏM

Bazar günü 26 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.

Ən son

TARİXİMİZ

İnstitutunu bitirən ilk türk, müsəlman, azərbaycanlı qadın kimi tarixə düşmüşdü

TARİXİMİZ

İnstitutunu bitirən ilk türk, müsəlman, azərbaycanlı qadın kimi tarixə düşmüşdü