Nəşr edilmişdir 10/19/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTİ

B92B8920-4E00-4CA8-8342-DBA75B4C2174

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən Baki-baku.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə respublikanın ayrı-ayrı rayonlarında yağışın intensiv və güclü olacağı, bəzi dağlıq rayonlarda qarla əvəzlənməsi ehtimalı var.
Verilən xəbərdarlıq, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti avtonəqliyyat vasitələrinin sürücülərindən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında ehtimal olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Türkiyə Radio və Televiziya Qurumu” arasında imzalanan memoranduma əsasən

Ən son

GÜNDƏM

Sevgi həyatın ayrılmaz hissəsidir. Müxtəlif ölkələrdə və mədəniyyətlərdə sevginin müxtəlif ifadə tərzləri, sevgi sözləri var.

GÜNDƏM

Sevgi həyatın ayrılmaz hissəsidir. Müxtəlif ölkələrdə və mədəniyyətlərdə sevginin müxtəlif ifadə tərzləri, sevgi sözləri var.