Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/16/2026

Paylaşın

İQTİSADİYYAT

“Bank VTB Azərbaycan”ın depozit portfeli 13 %-dən çox azalıb

IMG-20260716-WA0010

“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 5,826 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 6,319 milyon manat mənfəətlə çıxmışdı.

Baki-baku.az xəbər verir ki, yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 26,053 milyon manat (1 il əvvələ nisbətən 8,1 % az), xərcləri 21,393 milyon manat (4 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 554 min manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 612 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 336,851 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % azdır. Bunun 247,35 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,8 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 3,7 % azalaraq 220,669 milyon manata, o cümlədən depozit portfeli 13,3 % azalaraq 121,778 milyon manata düşüb, balans kapitalı isə 7,7 % artaraq 116,164 milyon manata çatıb.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin