Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/19/2026

Paylaşın

GÜNDƏM

Baku Ultra Endurance 2026: Bakıda ilk beynəlxalq saat formatlı ultramarafon keçiriləcək

Baku Ultra Endurance 2026

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance 2026 keçiriləcək. Yarış “Antena” parkında baş tutacaq və Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən fiziki dözümlülük qaçışı həvəskarlarını, treyl qaçışçılarını (trail running – asfalt örtüyündən kənarda, meşələr, dağlar, çöllər və təbiət cığırlarında həyata keçirilən qaçış növüdür) və ultramarafonçuları bir araya gətirəcək.

Litvanın Azərbaycandakı səfirliyindən Baki-baku.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə təşkil olunan bu turnir litvalı ultramarafonçular komandasının tərəfdaşlığı ilə həyata keçirilir.

Marafon iştirakçıları üç formatdan birini seçə biləcəklər – 6, 12 və ya 24 saat fasiləsiz qaçış. İdmançıların əvvəlcədən müəyyən edilmiş məsafəni qət etdiyi klassik marafonlardan fərqli olaraq, saat formatlı ultramarafonda əsas məqsəd ayrılmış vaxt ərzində mümkün qədər uzun məsafə qət etməkdir.

Yarışlar uzunluğu 1,15 kilometr olan dairəvi marşrut üzrə keçiriləcək. Təşkilatçılar yarışda təxminən 200 nəfərin iştirak edəcəyini gözləyirlər. Xarici komandalar arasında ən böyük heyətlə Litva təmsil olunacaq. Bu ölkədən yarışa 11 idmançı qatılacaq.

Təşkilatçılar bildirirlər ki, yarış istənilən hazırlıq səviyyəsinə malik qaçışçılar üçün açıqdır. İştirakçılar tempi özləri müəyyən edə, istirahət üçün fasilə verə və ayrılmış vaxt çərçivəsində yenidən marşruta qayıda bilərlər.

Yarışın nəticələri beynəlxalq ultramarafon məlumat bazası olan Deutsche Ultramarathon-Vereinigung (DUV) sistemində rəsmi şəkildə qeydiyyata alınacaq. Bu da iştirakçılara əldə etdikləri nəticələri dünya ultramarafon statistikasına daxil etmək imkanı verəcək.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb.

Ən son

GÜNDƏM

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance

GÜNDƏM

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin