Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

GÜNDƏM

Bakıya qaçaqmalçılıq yolu ilə 40 ədəd iPhone gətirən şəxsə hökm oxundu

IMG-20250908-WA0198

Bakı Ağır Cinayətlər Məhkəməsi Ağcabədi şəhərində yaşayan 1980-ci il təvəllüdlü Elnur Vəliyevə (ad və soyad şərtidir) qarşı hökm çıxarıb.

Baki-baku.az-in məlumatına görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (xeyli miqdarda qaçaqçılıq) ilə təqsirli bilinib.

Hadisə 2022-ci il oktyabrın 20-dən 22-dək olan dövrdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş verib. Təqsirləndirilən şəxs bacısı oğlu, tanışları və digər şəxslərlə qrup halında cinayət əlaqəsinə girib, ümumi dəyəri 100 min manat olan 40 ədəd iPhone telefonunu (17 ədəd iPhone 14 Pro 128GB, 13 ədəd iPhone 14 Pro 256GB, 3 ədəd iPhone 14 Pro Max 128GB və 7 ədəd iPhone 14 Pro Max 256GB) qaçaqçılıq yolu ilə Azərbaycana gətirməyi təşkil edib.

Telefonlar Türkiyədən tranzit keçməklə Azərbaycana daxil edilib və cinayətkar qrupun üzvlərinə təhvil verilib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs günahını etiraf edib, lakin iştirakçıların istintaqla tam müəyyən edilmədiyini qeyd edib. Şahidlərin və zərərçəkmişlərin ifadələri hadisəni təsdiqləyib. Məhkəmə təqsirləndirilən şəxsi 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В мире музыки существуют инструменты, чьи звуки словно касаются человеческой души, будто доносятся из запредельного мира

Ən son

HƏR ŞEYDƏN

Yeni biliklərə maraq demensiya riskini azaldır.

HƏR ŞEYDƏN

Yeni biliklərə maraq demensiya riskini azaldır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin