Bu gün Bakının Xətai rayonunun bir küçəsində qaz təchizatı dayandırılacaq.
Baki-baku.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Abbas Səhhət küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.