Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

İdman

Bakıdakı UFC turniri sosial mediada 297 milyon baxış toplayıb

UFC

Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan “TKO Group Holdings” şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Baki-baku.az-a verilən məlumata görə, təşkilatçılar tədbirin böyük uğurla başa çatdığını vurğulayaraq, Milli Gimnastika Arenasının tribunalarının tam dolduğunu və turnirin rəqəmsal platformalarda yüksək nəticələr əldə etdiyini bildiriblər.

UFC-nin rəsmi sosial media hesablarında turnirlə bağlı yayımlanan kontent 612,9 milyondan çox, videolar isə 297,3 milyon baxış toplayıb.

Döyüş həftəsi ərzində 50 milyondan çox izləyicisi olan rəsmi Instagram hesabında hər gün Bakıdan paylaşımlar edilib, dünya auditoriyasına turnirə hazırlıq prosesi, döyüşçülər və tədbirin pərdəarxası məqamları çatdırılıb.

Bakıda keçirilmiş UFC turniri ilk dəfə olaraq dünyanın ən böyük striminq platformalarından biri olan “Paramount+” vasitəsilə canlı yayımlanıb. Platformanın qlobal auditoriyası 80 milyona yaxın abunəçini əhatə edir. Bakıdakı turniri 72 ölkədən gələn 11 minə yaxın tamaşaçı izləyib. Tədbir beynəlxalq medianın da diqqət mərkəzində olub – UFC Bakı gecəsini 114 yerli və xarici media nümayəndəsi işıqlandırıb.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş "Onlardan biri:

Ən son

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin