Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

Bakıdakı bağçalarda işə qəbul üçün müsahibə mərhələsinin nəticələri ilə bağlı apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Bağça

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.
Baki-baku.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 2025-ci il avqustun 15-də saat 15:00-17:00 aralığında BŞTİ-yə yaxınlaşaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibəsi üzrə Apellyasiya komissiyasına müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədlərini özü ilə gətirməsi vacibdir.
Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə keçirilən müsabiqələrin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını (29 və daha çox) toplayan və müsahibəyə qatılmayan şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak ediblər.
Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə namizədlərin əlaqə nömrələrinə göndərilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gözəlliyin çox vaxt gəncliklə eyniləşdirildiyi dünyada bahalı prosedurlara və botoksa ehtiyac olmadan daha təravətli görünmək mümkündür.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Hamilə qadınlara daha çox paxlalı bitkilər, qoz-fındıq və toxumlar yemələri tövsiyə olunur.

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Hamilə qadınlara daha çox paxlalı bitkilər, qoz-fındıq və toxumlar yemələri tövsiyə olunur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin