Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/15/2026

Paylaşın

İQTİSADİYYAT

Bakıda “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

"Yerli şirkətlərin tanıtım sərgisi", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, KOBİA

Bu il iyunun 17-20-də “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.

Bu barədə Baki-baku.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata əsasən, “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Dörd gün davam edəcək sərgi çərçivəsində həmçinin, iştirakçılar üçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, sərgidə “B2G zona” da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ağrı yaddaşı imkanların əsas məhdudlaşdırıcısı kimi…

Ən son

Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın "Yaddaşa həkk

Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın "Yaddaşa həkk
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin