Nəşr edilmişdir 10/22/2024

Paylaşın

MEMARLIQ

BAKIDA TEATR BİNALARI

Teatr Binaları , Nəciblər klubu

1-ci hissə

XX əsrin ilk 10 ilində Bakıda tamaşa oynamaq üçün ən mötəbər bina Tağıyev teatrı sayılırdı. 1920-ci ilə kimi həmin teatrın icarədarları, əsasən Polonski və az müddət Kruçinin olublar. Azərbaycan (o vaxtlar, əsasən türk, müsəlman, bəzən də tatar deyilirdi) dilində tamaşalara maraq az göstərilidiyi, tamaşaçılar oyun vaxtı nizam-intizama, teatrdaxili qaydalara lazımınca riayət etmədiklərinə görə icarədarlar müsəlman truppasına bina və dekorasiya verməyə o qədər də meyl göstərmirdilər. Tağıyev teatrı yaxşı halda yalnız həftənin cümə günü Azərbaycan aktyorlarına tamaşa göstərməyə razılıq verirdi. Pərdələr, qəribə də olsa, qıfıllanırdı və icarə haqqı əvvəlcədən verilməsəydı açılmırdı.

1900-cu ildən 1920-ci ilə qədər Bakıdakı müxtəlif truppalar, həmçinin 1919-cu ildə rəsmiləşdirilərkən Hökumət Dövlət Teatrı öz tamaşalarını ayrı-ayrı vaxtlarda aşağıdakı binalarda göstərmişlər. Həmin binaların az qismində XIX əsrin sonlarında da tamaşalar oynanılıb.

“Nəciblər” klubu

1873-cü il martın 10-da Azərbaycan dilində ilk teatr tamaşası “Lənkəran xanının vəziri” (Mirzə Fətəli Axundzadə) məhz bu binada göstərilib. 1940-cı illərə kimi fəaliyyət göstərən həmin bina indiki Sabir bağının ətəyində, Gənclər meydanında yerləşib. Binanın birinci mərtəbəsi dükanlar idi. İkinci mərtəbəyə qalxan pillələrin sol tərəfindəki dəhliz tamaşaçı salonuna aparırdı. Sağ tərəfdə isə yardımçı otaqlar vardı və burada müxtəlif ictimai təşkilatlar yerləşirdi.

Qoşa qala qapısının qarşısındakı Gənclər meydanına o dövrdə Haşımov meydanı və Duma meydanı da deyilirdi. Teatr afişalarında tamaşanın Haşımov meydanında oynanılacağı da yazılırdı. “Artistlər cəmiyyəti”,“Gürcü cəmiyyəti”, “Artistlər klubu”, “Dənizçilər klubu”, “Kommersiya klubu”… müxtəlif vaxtlarda burada qərar tutub. 1920-ci illərdə isə bura bir müddə “Zəhmət klubu” və “Mərkəzi fəhlə klubu” kimi fəaliyyət göstərib.

Teatr Binaları , Nəciblər klubu

Tağıyev teatrı

Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı 1883-cü ildə özünün taxıl anbarının  özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqust ayına qədər bu binada fəaliyyət göstərib. 1960-cı ildə Akademik teatr indiki binasına köçüb (Füzuli meydanı). Tağıyev teatrı binası Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (hazıkı Akademik Musiqili Teatr) verilib. 1990-ci ilin əvvəllərində uçmaq təhlükəsi olduğuna görə həmin bina söküldü. Yerində teatr üçün yeni bina tikildi.

Tağiyev teatrı bir müddət qəzet məlumatlarında, afişa elanlarında, tamaşaların məramnamələrində (proqramlarında) “Şəhər teatrı” kimi də yazılıb. Bu ifadə el arasında da işlənib.

Teatr binaları. Tağıyev Teatrı

“Köhnə duma”

Hazırda Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın ikinci mərtəbəsində salon.

Teatr binaları, Köhnə duma

“Obşestvennoye sobiraniye”

Səməd Vurğun küçəsində, Xaqani və Üzeyir bəy Hacıbəyli küçələrinin arasında yerləşən “Zabitlər evi” adlanan bina. Bakı neftxudası Ağa Musa Nağıyev həmin binanı 1890-cı ildə xeyriyyə məqsədli tədbirlər keçirmək üçün tikdirib. Burada müsamirələr keçirilir, konsertlər, tamaşalar verilirdi. Bəzi qəzet elanlarında, teatra aid məqalələrdə Musa Nağıyev teatrı kimi də yazılıb. Heç vaxt Azərbaycan dilində “Cəmiyyət evi” kimi təqdim olunmayıb.

Hazırki Azərbaycan Dövlət Filarmoniyasının binası (1900 – 1904 və 1910 – 1912-ci illərdə tikilib) “Obşestvennoye sobiraniye”nin yay salonu kimi fəaliyyət göstərib.

“Kolizey” teatrı

 Gənc Tamaşaçılar Teatrının indiki binasının yerində olub. 1917-ci ildə həmin binada opera teatrı müqabilində “Malı teatr” yaradılıb. Əsasən rus dilində tamaşalar göstərilən bina “Malı teatr” kimi də tanınıb. Burada Azərbaycan truppaları da, nadir hallarda olsa belə, tamaşalar oynayıb.

“Odeon” salonu

Petrovsk meydanında (sonralar Lenin muzeyinin tikildiyi ərazi. Hazırda Muzey Mərkəzi kimi fəaliyyət göstərir), Qarşılıqlı Kredit Cəmiyyətinin yerləşdiyi binanın bir salonu.

teatr binaları, Odeon

Taurek truppasının sirki

 Nikolayevski (indiki İstiqlal) küçəsinin ayağında, təxminən Nizami heykəlinin yerində XIX əsrdə taxtadan tikilib.

Teatr binaları, Taurek truppasının sirki

Müəllif: İlqar Rəhimli

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin

Ən son

GÜNDƏM

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC təşkilatçılığı ilə Bakıda sayca

GÜNDƏM

Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” QSC-yə sədr təyin edilib.Baki-baku.az xəbər verir ki, bununla bağlı

GÜNDƏM

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik