Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/13/2025

Paylaşın

GÜNDƏM

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi açılıb

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi

Noyabrın 13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.

Mərasimdə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen, həmçinin Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard nümayəndə heyəti üzvü kimi iştirak ediblər.

Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi 2024-cü il iyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. İcmanın sədri Quliyeva Olqa Kimovnadır.

Tədbir zamanı kilsənin Bakı ofisinin açılması iki ölkə arasında dini əməkdaşlığın inkişafına, həmçinin Azərbaycanın multikultural dəyərlərinin və dini dözümlülüyünün təşviqinə töhfə verəcək əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Xatırladaq ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində Zimbabve Respublikasının birinci xanımı Oksiliya Mnanqaqva ilə

Ən son

GÜNDƏM

Məhz bu üsulla aparılan araşdırmanın nəticələrinə görə, amerikalı rejissor və ssenarist Skott Derriksonun “Sinister” filmi

GÜNDƏM

Məhz bu üsulla aparılan araşdırmanın nəticələrinə görə, amerikalı rejissor və ssenarist Skott Derriksonun “Sinister” filmi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin