Nəşr edilmişdir 09/04/2025

Paylaşın

GÜNDƏM

Bakıda taksi digər paytaxtlarla müqayisədə ucuzdurmu? – Qiymətlər

Bakıda taksi, Taksi, Sərnişin

Bakıda ictimai nəqliyyat vasitələrinin çoxluğuna baxmayaraq, taksidən istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

İnsanlar işə tələsərkən, alış-verişdən qayıdarkən və ya sadəcə rahatlıq üçün tez-tez taksiyə üz tutur. Son illərdə tətbiqlər vasitəsilə sifariş edilən taksilər daha da əlçatan olub.

Maraqlıdır ki, Bakıdakı taksi qiymətləri digər ölkələrin paytaxtları ilə müqayisədə necədir?

Baki-baku.az bu barədə araşdırma aparıb. Araşdırma zamanı “Numbeo” portalında (dünya üzrə yaşayış xərcləri və taksi tarifləri ilə bağlı məlumat bazası) dərc olunmuş “Taxi Start (Normal Tariff)” və “Taxi 1 mile (Normal Tariff)” göstəricilər əsas götürülüb.

Müqayisəli qiymətlər (5 km marşrut üzrə)

Qonşu paytaxtlar:

Ankara: 7,64 AZN
Moskva: 7,84 AZN
Tbilisi: 8,82 AZN
Bakı: 8,19 AZN

Avropa paytaxtları:

Berlin: 31,4 AZN
London: 36 AZN
Paris: 44 AZN

Müqayisə göstərir ki, Bakıdakı taksi qiymətləri qonşu ölkələrin paytaxtları ilə təxminən eyni səviyyədədir. Ankara və Moskva Bakıya nisbətən bir qədər ucuz, Tbilisi isə daha bahadır. Lakin Avropa paytaxtlarında – xüsusilə Paris və Londonda – taksi qiymətləri Bakı ilə müqayisədə 4-5 dəfə yüksəkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu gündən qapılarını oxucularının üzünə açır. Biz istəyirik ki, oxucularımız həm də bizim yazıçılarımız olsun.

Ən son

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin