Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Təzyiqi idarə etməyin sadə yolu açıqlanıb

Təzyiqi idarə etməyin sadə yolu, Təzyiq, Banan, Meyvə

Böyük Britaniya Ürək Fondunun mütəxəssisləri hesab edirlər ki, pəhrizə banan və digər meyvələrin daxil edilməsi qan təzyiqini nəzarət altına almağa kömək edir.

Baki-baku.az xəbər verir ki, mütəxəssislərin fikirləri “Daily Mirror” nəşrində dərc olunub.

Ekspertlər xatırladırlar ki, ürək-damar xəstəliklərindən qorunmaq üçün düzgün qidalanma, fiziki aktivlik və sağlam yuxu vacibdir. Lakin onların sözlərinə görə, hətta kiçik vərdiş dəyişiklikləri belə nəzərəçarpacaq fayda verə bilər.

Belə dəyişikliklərdən biri peçenye və şirniyyatların meyvələrlə əvəz edilməsidir. Xüsusilə banana diqqət yetirmək tövsiyə olunur. Bananda karbohidratlar və təbii şəkərlər var ki, bu da uzunmüddətli enerji təmin edir. Həmçinin, bananlarda həzm sistemi üçün faydalı olan bitki lifləri (kletçatka) və qan təzyiqini sabitləşdirən kalium mövcuddur.

Mütəxəssislər qeyd ediblər ki, qan təzyiqinin göstəriciləri orqanizmdəki kalium və natriumun konsentrasiyasından çox asılıdır. İnsan çox miqdarda natriumu duzlu qidalardan alır. Artıq natrium bədəndə suyu saxlayır, bu da qan dövranının həcmini artırır və nəticədə arterial təzyiq yüksəlir. Banan istehlakı natrium-kalium balansını bərpa etməyə və qan damarlarına düşən yükü azaltmağa kömək edir.

Kardioloqlar vurğulayıblar ki, gündə iki banan yemək normal təzyiqi saxlamaq və infarkt və insult riskini azaltmaq üçün kifayətdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil

Ən son

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin