Nəşr edilmişdir 12/14/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakıda məktəb direktorları ilə görüş olub, tapşırıqlar verilib

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Bu barədə Baki-Baku.az-a idarədən məlumat verilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, BŞTİ-nin müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə məktəb direktorları iştirak ediblər.
Nazir təhsil sahəsində aparılan islahatlardan, bu il qazanılan uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.
Təhsildə islahatların davamlı xarakter daşıdığını qeyd edən nazir, bu islahatların ən önəmli istiqamətlərindən birinin məhz idarəetmə ilə bağlı olduğunu deyib.
E.Əmrullayev bu baxımdan məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı nazir müəllim nüfuzu, məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, təhsilverənlərin sertifikatlaşdırılması, təhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin artırılması, ümumi təhsildə inklüzivliyin genişləndirilməsi, elektron xidmətlərdən səmərəli istifadə və məktəbdə öyrənmə mühitinə təsir edən digər amillər barədə fikirlərini bildirib.
O, tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris mühitinin yaxşılaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edib.
Emin Əmrullayev ümumi təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsinin vacibliyindən bəhs edib, məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində ümumi təhsil müəssisələrində aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüşdə müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həllinə dair fikirlər söylənilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.Baki-baku.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:“Zati-müqəddəsləri, Müqəddəs Milad

Ən son

GÜNDƏM

Son zamanlar Bakının mərkəzində və müxtəlif ərazilərində geniş təmizlik işləri həyata keçirilir, ekoloji və sağlamlıq

ƏSAS XƏBƏRLƏR

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”

GÜNDƏM, SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Artıq xeyli müddətdir ki, Bakıda küçələrin, parkların, yolların təmizlənməsi istiqamətində işlər görülür, mütəmadi olaraq iməcliklər