Bakıda Çin Kommunist Partiyasının 20-ci çağırış Mərkəzi Komitəsinin V plenumunun yekunlarına və Çin–Azərbaycan münasibətlərinin inkişafında son tendensiyalara həsr olunmuş brifinq keçirilir.
Baki-baku.az xəbər verir ki, tədbir Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Brifinq zamanı Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey 2026-cı ildə Çinin ən mühüm siyasi hadisələrindən birinin əsas yekunlarını təqdim edərək ikitərəfli əməkdaşlığın gələcək inkişaf prioritetləri barədə çıxış edir.
Çin Kommunist Partiyasının 20-ci çağırış Mərkəzi Komitəsinin V plenumu ölkənin sosial-iqtisadi inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Pekinin müxtəlif ölkələrlə iqtisadi və siyasi əlaqələrinin genişlənməsinin davam etdiyi bir dövrdə plenumun yekunları Çinin beynəlxalq tərəfdaşları üçün də maraq doğurur.
Azərbaycan və Çin son illərdə ticarət-iqtisadi, investisiya, nəqliyyat və enerji sahələrində əməkdaşlığı genişləndiriblər. Nəqliyyat əlaqələrinin, o cümlədən Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına çıxışını təmin edən Orta Dəhliz çərçivəsində inkişaf etdirilməsi ikitərəfli gündəlikdə xüsusi əhəmiyyət daşıyır.
Brifinq Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişlənməsi fonunda keçirilir.
Hacı Cavadov