Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/03/2026

Paylaşın

GÜNDƏM

Bakıda 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır

Bakıda vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə son illərin ən genişmiqyaslı yol təmiri proqramı icra olunur.
Baki-baku.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, Agentlik tərəfindən paytaxtın bütün 12 inzibati rayonu üzrə ümumilikdə 110-a yaxın küçə və prospektdə təmir işləri həyata keçirilir. Proqram çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur. Bu həcmdə və bu qədər geniş ərazini əhatə edən təmir işləri indiyədək Bakıda eyni vaxtda həyata keçirilməyib.
Hazırda proqram çərçivəsində 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb, daha 10-a yaxın yol sahəsində işlər davam etdirilir. Digər ünvanlarda isə təmir işləri mərhələli şəkildə aparılacaq.
Təmir işlərinin yay mövsümündə həyata keçirilməsi də təsadüfi deyil. Təhsil müəssisələrində tətil dövrünün olması, eləcə də vətəndaşların əhəmiyyətli hissəsinin məhz bu aylarda məzuniyyətə çıxması səbəbindən şəhərdə nəqliyyatın hərəkət intensivliyi nisbətən azalır. Bu isə həm sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə, həm də işlərin daha operativ və səmərəli şəkildə icrasına şərait yaradır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən genişmiqyaslı təmir proqramının əsas məqsədi yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, hərəkətin təhlükəsizliyinin artırılması və paytaxt sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat təmin edilməsidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyevin sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin