Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/08/2026

Paylaşın

GÜNDƏM

Bakı metrosunda “Qarabağ”ın oyunu ilə əlaqədar iş saatı dəyişdiriləcək

Bakı metrosu

Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda “Vestri” (İslandiya) ilə keçirəcəyi ev oyununa görə “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası “Bakı Metropoliteni”nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhərdə yerləşən Mir Cəlalın ev-muzeyində Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun təşkilatçılığı ilə yazıçı Varisin "Gecə reysinə bilet" kitabının

Ən son

GÜNDƏM

Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri"

GÜNDƏM

Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri"
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin