Bu ilin iyulunda “Bakı Metropliteni” QSC 16 milyon 698 min 23 sərnişin daşıyıb.
Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 % çoxdur. Qeyd edilib ki, “Koroğlu” stansiyası 1 milyon 630 min 48 sərnişinə xidmət göstərərək ayın lideri olub. Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda isə metrodan 649 min 974 nəfər istifadə edib.
Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.
“Əlçatan metro” xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.