Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/03/2025

Paylaşın

İQTİSADİYYAT

“Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb

IMG-20250303-WA0077

Bu gündən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb.
Baki-baku.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) təqdim etdiyi xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq “Bakı KOB evi”ndə həyata keçiriləcək. Bu xidmətdən istifadə etmək istəyənlər DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
Müvafiq xidmət, eləcə də KOB evlərində sahibkarlıq subyektlərinə göstərilən digər xidmətlərlə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.
KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Balıq ovu ilə məşğul olmaq üçün istifadə edilən balıqçı gəmiləri və balıq ovu alətləri barədə məlumatlar müvafiq icra

Ən son

GÜNDƏM

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Dövlət Dram Teatrının

GÜNDƏM

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Dövlət Dram Teatrının
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin