May ayının 25-də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı-Baku.az saytı və Birlik İctimai Birliyinin təşkilatçılığı ilə uşaqlarla görüş keçirib.
Baki-baku.az xəbər verir ki, görüş Bakı Zooloji Parkında baş tutub. Burada 11 saylı inteqrasiya təlimli internat məktəbinin uşaqları üçün əyləncəli və yaddaqalan ekskursiya təşkil edilib.
Qeyd edək ki, tədbir çərçivəsində uşaqlar masterklassda iştirak edib, ayılar haqda prezentatsiya baxıb və klinikada mütəxəssislərlə bilikdə dovşanları müayinə ediblər.



