Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2026

Paylaşın

GÜNDƏM

Baki-baku.az-ın əməkdaşı kamandan oxatma yarışında 2-ci yerin qalibi olub

IMG-20260721-WA0036

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə jurnalistlər arasında ilk dəfə 22 İyul – Milli Mətbuat Gününə həsr olunmuş kamandan oxatma yarışı keçirilib.

Baki-baku.az xəbər verir ki, media nümayəndələrinin bu idman növünə marağının artırılması, həmçinin dəqiqlik, səbir və konsentrasiya bacarıqlarının nümayiş olunması məqsədilə təşkil olunan turnirdə 17 fərqli media qurumundan ümumilikdə 27 jurnalist (10 qadın, 17 kişi) hədəfi dəqiq vurmaq üçün mübarizə aparıb.

Gərgin və maraqlı keçən təsnifat mərhələlərinin ardından final görüşləri baş tutub və qaliblər müəyyənləşib. Kişilər arasında birinci yeri Ayaz Qurbanov (flashscore.com), ikinci yeri Baki-baku.az-ın əməkdaşı Elvin Camalov və üçüncü yeri Əfqan Həbibov (Active Life Group) tutub.

Qadınlar arasında isə birinci yerin qalibi Ülviyyə Sabirqızı (Nəzər.Media), ikinci yerin qalibi Fəxriyyə Qarayeva (90deqiqe.az), üçüncü yerin qalibi Gülnarə Sadıxova (Real TV) olub.

Yarışın sonunda yüksək nəticə göstərən qalib jurnalistlərə müvafiq dərəcəli diplomlar, medallar və xüsusi hədiyyələr təqdim olunub. Qadınlar arasında qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat katibi Aynur Hüseynova, kişi qaliblərə isə Federasiyanın şöbə müdiri Kamran Həsənzadə təqdim edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qaşqarda ilk türk – müsəlman dövlətinin təməlini qoyan, İslamı bir din olaraq qəbul etdirən, adı Cəbrail əleyhissəlam tərəfindən

Ən son

GÜNDƏM

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə jurnalistlər arasında ilk dəfə 22 İyul – Milli Mətbuat

GÜNDƏM

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə jurnalistlər arasında ilk dəfə 22 İyul – Milli Mətbuat
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin