Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2026

Paylaşın

GÜNDƏM

Azərbaycanın nümayəndə heyəti ACFM-də uğurla təmsil olunub

Cənubi Koreyanın Busan şəhərində keçirilən Asiya Məzmun və Film Bazarı (ACFM) başa çatıb. Azərbaycanın nümayəndə heyəti beynəlxalq kino sənayesinin mühüm platformalarından olan tədbirdə ölkəmizi uğurla təmsil edib.
Baki-baku.az xəbər verir ki, nümayəndələrimiz ACFM çərçivəsində Koreya, Çin, Yaponiya, Kanada, Fransa və başqa ölkələrdən olan prodüserlər, distribütorlar və kino sənayesinin digər təmsilçiləri ilə görüşlər keçiriblər. Görüşlər zamanı ortaq layihələrin həyata keçirilməsi, əməkdaşlığın inkişafı, birgə audiovizual məzmun istehsalı və Azərbaycanın kino sənayesinin beynəlxalq bazarlarda təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir yeni əməkdaşlıq münasibətlərinin qurulması, peşəkar əlaqələrin möhkəmləndirilməsi, müxtəlif ölkələrdən olan sənaye nümayəndələri ilə təcrübə mübadiləsinin aparılması, yeni ideyaların müzakirəsi və gələcək tərəfdaşlıq üçün zəmin yaradılması baxımından əhəmiyyətli olub.
Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiya istehsalı olan “Vivant” (2025) çoxseriyalı bədii filminin ölkəmizdə çəkilişlərini həyata keçirmiş “Bakı Media Mərkəzi”nin nümayəndəsi, prodüser Fuad Məmmədzadə və və 2026-cı ildə “Tanrının Zirehi 4: Ultimatum” filminin çəkilişlərini həyata keçirmiş “Filmlab” şirkətinin direktoru İsa Məlikov da təmsil olunublar. Səfərin rəsmi media tərəfdaşı isə “NARGIS” jurnalı olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin