Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2026

Paylaşın

GÜNDƏM

Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.
Baki-baku.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Hökumətdə hesab edirlər ki, sabit model vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.
Hazırda sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin