Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/17/2025

Paylaşın

GÜNDƏM

AZAL may ayında bir sıra istiqamətlərdə uçuşların sayını artırır

IMG-20250417-WA0105

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir.
Baki-baku.az AZAL-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, may ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyi artırılacaq.
Sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.
Bundan əlavə, mayın 12-dən etibarən Bakı-Astana-Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.
Yay uçuş cədvəli çərçivəsində AZAL tərəfindən Avropa şəhərlərinə həyata keçirilən reyslərin tezliyi də artırılır. Belə ki, 1 aprel tarixindən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir, 13 may tarixindən etibarən isə bu istiqamətdə gündəlik uçuşlar yerinə yetiriləcək.
Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Texnologiyalar əsri bizi bir-birimizə yaxınlaşdırdı – amma sadəcə virtual olaraq. Biz daim “əlaqədəyik”, lakin getdikcə daha az real
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin