Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2026

Paylaşın

GÜNDƏM

Samir Dübəndi: İntensiv yağışların fəsadları Bakıya gələn turistlərin səfər proqramına təsir edir

Son günlərdə müşahidə edilən yağışları avtomatik olaraq uzunmüddətli yağıntı artımı kimi təqdim etmək düzgün deyil. Turizm baxımından əsas məsələ yağışın özü deyil, şəhərin intensiv yağıntıya nə dərəcədə hazır olmasıdır.

Bunu Baki-baku.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyib.

O bildirib ki, küçələrin su altında qalması, nəqliyyatın dayanması, piyada keçidlərinin və turizm obyektlərinin əlçatmaz olması turist təhlükəsizliyinə, səfər proqramlarına və şəhərin imicinə birbaşa təsir edir.

“İqlimə uyğunlaşma yalnız yağışlarla məhdudlaşmamalıdır. Temperaturun yüksəlməsi və şəhər istilik adası effekti də piyada turizminə, açıq hava tədbirlərinə, enerji istehlakına və qonaqların rahatlığına təsir göstərir. Drenaj və kanalizasiya sistemlərinin yenilənməsi ilə yanaşı, parkların, botanika bağlarının, kölgəli piyada məkanlarının və digər “yaşıl adaların” artırılması, sukeçirən örtüklər, yağış bağları, suyun müvəqqəti toplanması sahələri, yaşıl dam və divarlar tətbiq edilə bilər. Belə məkanlar həm iqlimə uyğunlaşmaya, həm də yeni istirahət və turizm məhsullarının yaradılmasına xidmət edir. Lakin yaşıl həllər drenaj sistemini əvəz etmir və Bakı şəraitində az su tələb edən, küləyə və yüksək temperatura davamlı bitkilərlə qurulmalıdır”, – deyə S. Dübəndi vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Beynəlxalq Avtomobil Federasiyası Bakıdakı "Formula 2" turnirinin iki sıralanma sessiyası və iki əsas yarışdan ibarət genişləndirilmiş həftəsonu formatını

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdili ilə

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdili ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin