Nəşr edilmişdir 12/30/2024

Paylaşın

İQTİSADİYYAT

“Azərkosmos”un ixrac gəlirləri 6 %-dən çox azalıb

Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 50 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Baki-Baku.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 ölkə çox və 1,1 milyon ABŞ dolları (6,1 %) azdır.
Bu ilin 11 ayı ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Lüksemburq, 826,1 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 639,5 min ABŞ dolları ilə Pakistan, 600,4 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Təkcə noyabrda isə “Azərkosmos” 40 ölkəyə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 4 ölkə az və 3 milyon ABŞ dolları (16,7 %) azdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində yanvarın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

Ən son

GÜNDƏM

İqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 5.6 milyard insanın həyatını təhdid edəcək.Baki-baku.az xəbər verir ki,

GÜNDƏM

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq,

GÜNDƏM

Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 251,6 manat təşkil edib.Baki-Baku.az